Ukraynada davam edən müharibə ölkənin gələcəyini təhlükə altına salır - Polkovnik

 11:48 20.11.2026     25

ABŞ ordusunun təqaüdçü polkovnik-leytenantı Daniel Devis Ukraynanın müttəfiqlərinin Rusiya ilə müharibədə hərbi qələbə qazanmasının mümkün olmadığını bildirib.

Redaktor.az xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsindəki paylaşımında yazıb.

Devisin sözlərinə görə, Ukraynada davam edən müharibə ölkənin gələcəyini təhlükə altına salır.

O qeyd edib ki, Ukraynanı müharibəni başa çatdırmaq üçün mümkün olan ən yaxşı razılaşmaya getməyə məcbur etməmək ölkənin müstəqil və fəaliyyət qabiliyyətli dövlət kimi mövcudluğunu təhlükəyə ata bilər.

Təqaüdçü hərbçi hesab edir ki, belə bir vəziyyət NATO, Avropa və ABŞ-nin birgə hərbi gücünün zəifliyini və strateji baxımdan səriştəsizliyini nümayiş etdirə bilər.

Devis, həmçinin ABŞ siyasətçilərinin Ukrayna münaqişəsi ilə bağlı mövqeyini tənqid edib. Onun fikrincə, ABŞ Prezidenti Donald Tramp bu məsələdə kifayət qədər ardıcıl mövqe sərgiləmir.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən