Okeandan çıxarılan nəhəng köpəkbalığı diqqət çəkdi - BU ÖLKƏDƏ

 12:30 20.11.2026     30

İndoneziyada balıqçılar okeandan nəhəng köpəkbalığının başını çıxarıblar.

Redaktor.az xəbər verir ki, bu barədə “Need To Know” nəşri məlumat yayıb.

Köpəkbalığının qalıqları Lombok adası yaxınlığındakı sularda aşkarlanıb. Dörd balıqçı heyvanın başını iki taxta dirəyə bağlayaraq sahilə çıxarıb.

Məlumata görə, söhbət altı qəlsəməli köpəkbalığından gedir. Bu növ böyük dərinliklərdə yaşayır. Onların uzunluğu 4,5 metrdən, çəkisi isə 900 kiloqramdan çox ola bilər.

Təbiəti mühafizə təşkilatı “Project Hiu” bildirib ki, balıqçıların köpəkbalığı tutması ilə bağlı yayılan məlumatlar həqiqətdir.

Təşkilat həmçinin köpəkbalıqlarının qorunmasına çalışdıqlarını və İndoneziya balıqçıları üçün alternativ gəlir mənbələri yaratmağı hədəflədiklərini vurğulayıb. Məqsəd balıqçıların dolanışıq üçün köpəkbalığı ovundan asılılığını azaltmaqdır.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən