Zelenski ABŞ-dən Patriot raketlərinin tədarükünün sürətləndirilməsini İSTƏDİ

 16:40 20.11.2026     36

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin hava hücumundan müdafiə sistemləri üçün raket tədarükünün sürətləndirilməsi məqsədilə Xarici İşlər Nazirliyinə müttəfiqlərlə əlaqə saxlamağı tapşırıb.

Redaktor.az xəbər verir ki, Zelenski bu barədə özünün “Telegram” kanalında məlumat verib.

O bildirib ki, Ukrayna XİN-ə artıq Kiyev üçün hava hücumundan müdafiə raketləri hazırlamağa başlayan hər bir tərəfdaşla əlaqə saxlamaq və tədarük prosesini sürətləndirmək tapşırılıb.

Ukrayna lideri müdafiə naziri ilə ABŞ tərəfi ilə PAC-2 və PAC-3 raketlərinin tədarükü məsələsini də müzakirə etdiklərini qeyd edib. O, Pentaqonun gözlənilən raket tədarükünə icazə verəcəyinə ümid etdiklərini vurğulayıb.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən