Polşanın hava məkanı pozuldu, NATO qırıcıları havaya QALDIRDI

 17:00 20.11.2026     44

NATO-nun Baş katibi Mark Rutte Polşanın hava məkanının pozulmasını təhlükəli hadisə kimi qiymətləndirib. O bildirib ki, insidentdən sonra NATO qırıcıları havaya qaldırılıb və müttəfiqlər müdafiə imkanlarını gücləndirməyə davam edəcəklər.

Redaktor.az xəbər verir ki, Rutte bu barədə ABŞ-nin “X” sosial şəbəkə platformasındakı paylaşımında məlumat verib.

O qeyd edib ki, gecə saatlarında Polşanın hava məkanında baş verən ciddi pozuntularla bağlı ölkənin Baş naziri Donald Tusk ilə danışıb. Rutte NATO qırıcılarının hadisəyə cavab olaraq havaya qaldırıldığını bildirib.

Baş katib Polşa ilə həmrəy olduqlarını vurğulayaraq, alyansın çəkindirmə və müdafiə imkanlarını artırmağa davam edəcəyini qeyd edib.

Rutte hadisənin Rusiyanın Ukraynaya qarşı davam etdirdiyi müharibənin nəticəsi olduğunu bildirib. O, Rusiyanın hücumlarını pisləyərək, NATO müttəfiqlərinin birlikdə qalacağını və Ukraynaya dəstəyi davam etdirəcəyini vurğulayıb.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən