"VK" "Apple"ın üç strukturuna qarşı yeni iddia qaldırdı

 17:15 20.11.2026     37

Rusiyanın VK holdinqi Apple korporasiyasının üç strukturuna qarşı 10 milyon rubl məbləğində iddia qaldırıb.

Redaktor.az xəbər verir ki, bu barədə TASS arbitraj işlərinin kartotekasına istinadən məlumat yayıb.

Məlumata görə, yeni iddia Apple-ın App Store vasitəsilə VK tətbiqlərinin istifadəçilərindən əldə etdiyi vəsaitlərin tutulması ilə bağlıdır.

VK holdinqinin mətbuat xidmətindən agentliyə bildirilib ki, şirkət 31 milyon avrodan çox vəsaitin, eləcə də həmin puldan istifadəyə görə faizlərin ödənilməsini tələb edir.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən