Krım körpüsünü zərbələr üçün qanuni hədəf ADLANDIRDI
Ukrayna Prezidenti Volodimir Zelenski Krım körpüsünü ölkəsinin hücumları üçün qanuni hədəf adlandırıb.
Redaktor.az xəbər verir ki, V.Zelenski bu barədə “NBC News”a müsahibəsində danışıb.
“Onlar bizim bir neçə obyektimizə hücum ediblər və biz cavab verməli idik. Əlbəttə, biz Krım körpüsünə zərbə ilə cavab verdik”, - deyə Zelenski bildirib.
O vurğulayıb ki, Ukrayna körpünü qanuni hərbi hədəf hesab edir, çünki o, 2014-cü ildə Krımın Rusiya tərəfindən ilhaq edilməsindən sonra inşa edilib.
Xatırladaq ki, Ukrayna son günlər Krım körpüsünə bir neçə dəfə ardıcıl zərbə endirib. Rusiya Prezidenti Vladimir Putin isə körpüyə zərbələrə cavab veriləcəyini deyib.













