İran ABŞ-nin F-16 qırıcısını vurub? - Pentaqondan AÇIQLAMA

 21:54 21.11.2026     56

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İranın Fars körfəzi üzərində Amerika Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcısına hücum etməsi barədə məlumatları təkzib edib.

Redaktor.az xəbər verir ki, CENTCOM bu barədə “X” sosial şəbəkəsində açıqlama yayıb.

“İran ötən gün ABŞ-nin F-16 qırıcısına hücum etməyib. Yaxın Şərqdəki bütün Amerika qırıcıları təhlükəsiz vəziyyətdədir”, – deyə komandanlıq bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən