Fransada aksiyada iştirak edənlərin sayı 82 mini ötdü
Noyabrın 21-də Fransada qiymətlərin artmasına qarşı keçirilən nümayişlərdə iştirak edənlərin ümumi sayı 82 min 500 nəfərə çatıb.
Redaktor.az xəbər verir ki, bu barədə Fransa Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ən böyük etiraz Parisdə keçirilən yürüş olub və orada 21 min 500 nəfər iştirak edib.
İzdihamı dağıdarkən başlayan qarşıdurmalar zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları göz yaşardıcı qazdan istifadə ediblər.
Etiraz çağırışına səsləyən “Union Tudiante” tələbə qrupu isə bu şənbə günü Fransa şəhərlərinin küçələrində 150 min nümayişçinin olduğunu açıqlayıb. Parisdə isə 45 min insanın etiraz etdiyi qeyd olunub.













