Rusiya Kiyevdə yaşayış binasını vurdu - Dağıntılar altında qalanlar var

 13:45 22.11.2026     32

Noyabrın 22-si səhər saatlarında Rusiya ordusu Kiyev vilayətinin Vışqorod rayonunda yerləşən beşmərtəbəli binanı dronla vurub.

Redaktor.az xəbər verir ki, zərbə nəticəsində binanın bir hissəsi çöküb.

Ukrayna Prezidenti Volodimir Zelenski teleqram sosial səhifəsində bildirib ki, xilasedicilər 9 nəfəri təxliyə edib və yanğın söndürülüb.

“Təəssüf ki, dağıntılar altında çox adam ola bilər, 14 nəfərlə hələ ki, əlaqə yaradılmayıb. Bütün zəruri xidmətlər hadisə yerindədir”, - deyə Zelenski əlavə edib.

Prezident bildirib ki, bu həftə Ukraynanın ümumilikdə 20 bölgəsi hava hücumlarına məruz qalıb. Ölkə ərazisinə təxminən 2700 pilotsuz təyyarə ilə hücum edilib, təxminən 1460 hava bombası və 165 müxtəlif tipli raket atılıb. Bunların əhəmiyyətli bir hissəsi Şimali Koreya raketləri olub.

 

Vumart və Güvən reklamı Vumart Güvən