Gürcüstan surroqat analığı qadağan edir

 15:26 22.11.2026     44

Hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyası ölkədə surroqat analığı qadağan etmək qərarına gəlib.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə parlament çoxluğunun lideri İrakli Kirtsxaliya parlament çoxluğunun iclasından sonra keçirdiyi brifinqdə bildirib.

O deyib ki, tezliklə müvafiq qanun layihəsi parlamentə təqdim olunacaq və bu məsələ ilə bağlı Gürcüstan Patriarxlığı ilə aktiv kommunikasiya aparılır.

"Biz bu məsələ ilə bağlı Gürcüstan Patriarxlığı ilə fəal şəkildə kommunikasiya aparırıq və tezliklə parlamentdə müvafiq qanun layihəsi təqdim olunacaq", - Kirtsxaliya deyib.

Onun sözlərinə görə, bu qərar surroqat analıqla bağlı əhəmiyyətli etik və hüquqi risklər, xüsusən də insan alveri, qadınların potensial istismarı və uşaq hüquqlarının qorunması baxımından qəbul edilib.

2023-cü ildə Gürcüstan hakimiyyəti artıq bu sahədə məhdudiyyətləri müzakirə edərək xarici vətəndaşlar üçün bu cür xidmətləri qadağan etmək niyyətində idi, lakin indi ölkədə surroqat analığa tamamilə qadağa qoyulub.

Vumart və Güvən reklamı Vumart Güvən