ABŞ-də aviasiya sistemində yenidən nasazlıq YARANDI

 01:45 23.11.2026     39

ABŞ-də "Delta Air Lines" aviaşirkətinin fəaliyyətində texniki nasazlıq baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" və "Associated Press" ABŞ Federal Aviasiya Administrasiyasına istinadən məlumat yayıb.

Qeyd olunub ki, "Delta" şirkəti təyyarələrin kütlə və ağırlıq mərkəzinin hesablanması üçün istifadə olunan avtomatlaşdırılmış sistemdəki nasazlığı aradan qaldırmaq üzərində işləyir.

Məlumatlara görə, "Delta"nın reyslərinin 48 faizində gecikmələr qeydə alınıb. WSB-TV isə gecikmələrin 3 500 reysə təsir edə biləcəyini bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən