Tatarıstanda neft anbarlarına dron hücumu OLDU
Noyabrın 23-də Rusiyanın Tatarıstan Respublikasında neft anbarları pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.
Redaktor.az xəbər verir ki, hücum nəticəsində bir neçə obyektə ziyan dəyib. Bu barədə respublika rəhbəri Rüstəm Minnixanovun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Tatarıstanın cənub-şərq hissəsi yenidən dron hücumuna məruz qalıb. PUA-ların hədəfi Əlmetyevsk şəhəri yaxınlığında yerləşən neft saxlama çənləri olub.
Rəsmilərin məlumatına görə, hücum uzun müddət davam edib və bir neçə obyektə ziyan dəyib. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Qeyd edək ki, Tatarıstandakı neft anbarları sonuncu dəfə noyabrın 19-da Ukrayna dronlarının hücumuna məruz qalıb. Həmin vaxt xilasedicilərin çevik fəaliyyəti nəticəsində böyük yanğının qarşısı alınıb.
NURİYYƏ













