Şahbaz Şərif Moskvaya gedir

 10:43 23.11.2026     44

Pakistanın Baş naziri Şahbaz Şərif noyabrın 30-da Rusiyaya üç günlük səfər edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə DAWN qəzeti Pakistan hökumətindəki mənbəyə istinadən məlumat yayıb.

Şərifin Rusiya Prezidenti Vladimir Putinlə İslamabad və Moskva arasında enerji, müdafiə, ticarət, regional təhlükəsizlik və investisiya sahələrində əməkdaşlığı müzakirə edəcəyi gözlənilir.

Vumart və Güvən reklamı Vumart Güvən