Avropa Parlamentində fon der Leyenə qarşı MÜBARİZƏ
Avropa Parlamentindəki sağçı “Avropa üçün Vətənpərvərlər” fraksiyası Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenin vəzifəsindən getməsi üçün cəhd göstərib.
Redaktor.az xəbər verir ki, bu barədə fraksiyanın həmsədri, macarıstanlı siyasətçi Kinqa Qal “Politico” nəşrinə müsahibəsində bildirib.
O, Avropa Şurasında daha çox güc qazandıqları halda fon der Leyenin istefasına nail ola biləcəkləri ilə bağlı suala cavabında bu istiqamətdə artıq Avropa Parlamentində cəhd göstərdiklərini deyib.
“Bəli. Biz bunu Parlamentdə etməyə çalışdıq”, – deyə Qal bildirib.
O əlavə edib ki, Avropa Şurasında milli liderlərə hansı addımları atmalı olduqlarını demək onun məsuliyyəti deyil.
Aytəkin TOFİQQIZI













