Avropa liderləri danışıqlar masasında niyə yer almağa çalışır? - Kuleba AÇIQLADI
Avropa ölkələrinin Rusiya ilə danışıqlarda iştirak etmək istəyinin səbəbi daxili siyasi təzyiqlə bağlıdır.
Redaktor.az xəbər verir ki, bunu Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba gazeta.ru-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, Fransa, Almaniya, Belçika və İtaliyada müxalifət qüvvələri hökumətlərdən danışıqlarda iştirak etməyi tələb edir. Buna görə də Avropa liderləri daxili siyasi təzyiqdən qurtulmaq üçün danışıqlarda yer almağa çalışırlar.
Kuleba bildirib ki, Avropa siyasətçiləri danışıqların nəticə verəcəyinə inanmırlar və Rusiya ilə əldə olunacaq razılaşmanın uğurlu olacağına dair heç bir illüziyaya malik deyillər.
Aytəkin TOFİQQIZI













