"Açıq şəkildə deyirəm, Qarabağ münaqişəsi buna görə yaradılmışdı" - Paşinyan
“Qarabağ münaqişəsi Ermənistanı dövlətçiliyin itirilməsi həddinə çatdırmışdı”.
Redaktor.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan yeni Konstitusiya layihəsi ilə bağlı xalqa müraciətində deyib.
“Bəlkə də, Qarabağ münaqişəsi Sovet İttifaqının dağılması ərəfəsində məhz buna görə yaradıldı ki, sülh arzu olaraq qalsın və sülhü yenidən əldə etmək arzusu bizi dövlətçilikdən və müstəqillikdən imtina etmək düşüncəsinə gətirib çıxarsın. Bunu açıq şəkildə deməyirəm: Qarabağ məsələsi üzrə bütün danışıqlar prosesi məhz bu məntiq əsasında qurulmuşdu. Bəli, həmin münaqişə bizi dövlətçiliyin itirilməsi həddinə çatdırmışdı”, - Baş nazir bildirib.
Nikol Paşinyan yeni Konstitusiyada münaqişə məntiqindən imtina edildiyini vurğulayıb.
Ermənistanın yeni Konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının yer aldığı Müstəqillik Bəyannaməsinə istinad yoxdur. Rəsmi Bakı yekun sülh sazişinin imzalanması üçün bunun Konstitusiyadan çıxarılmasını tələb edirdi.
Bəyannamədə həmçinin qondarma erməni soyqırımı ilə bağlı məqamlar yer alır.













