Finlandiya Rusiya ilə sərhəddə müdafiəni GÜCLƏNDİRİR

 12:00 23.11.2026     44

Finlandiya parlamenti Rusiya ilə sərhəddə tank əleyhinə maneələrin və digər müdafiə istehkamlarının tikilməsini dəstəkləyir.

Redaktor.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Nəşrin məlumatına görə, Finlandiya qanunvericiləri bu tikililərin sülh dövründə inşa edilməsini istəyirlər.

Finlandiya Parlamentinin Müdafiə Komitəsinin sədri Heikki Autto bildirib ki, bu istehkamlar mümkün münaqişə zamanı düşmənin irəliləməsinin qarşısını almaq məqsədi daşıyır.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən