Geomaqnit təlatümlərinin pik həddi bu axşam gözlənilir
Yer kürəsində geomaqnit təlatümlərinin noyabrın 23-də axşam saatlarında pik həddə çatacağı gözlənilir.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.
Bildirilib ki, noyabrın 19-da Günəşdən ayrılan plazma kütləsinin Yerə çatması nəticəsində geomaqnit təlatümləri yaranacaq. Bu təsirin 3-6 saat davam edəcəyi, pik həddin isə Moskva vaxtı ilə saat 18:00 radələrində qeydə alınacağı proqnozlaşdırılır.
Alimlər noyabrın 27-28-də də Yer kürəsinin maqnit sahəsində iki gün davam edəcək təlatümlər gözləyirlər. Buna səbəb orta ölçülü tac dəliyinin Yerə təsiri olacaq.
NURİYYƏ













