"NATO-nun 1997-ci il sərhədlərinə qayıtması qəbuledilməzdir" - Rutte
NATO-nun Baş katibi Mark Rutte Alyansın 1997-ci il sərhədlərinə qayıtması ilə bağlı təklifləri qəbuledilməz hesab etdiyini bildirib.
Redaktor.az xəbər verir ki, Rutte bunu keçirdiyi mətbuat konfransında deyib.
“NATO-da heç kim bunu yaxşı fikir hesab etmir. Belə qərarlar NATO daxilində qəbul edilir, Alyansdan kənarda deyil”, – Mark Rutte vurğulayıb.
Qeyd edək ki, NATO-nun 1997-ci il sərhədlərinə qayıtması məsələsi Rusiyanın Alyansla bağlı irəli sürdüyü tələblərdən biridir. Moskva NATO-nun Şərqi Avropaya doğru genişlənməsinin dayandırılmasını və Alyansın 1997-ci ildən sonra üzv qəbul etdiyi ölkələrdə hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb edib.













