Ermənistan-Avropa İttifaqı gündəliyi müzakirə edildi
Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Litvanın xarici işlər naziri Kestutis Budris ilə görüşüb.
Redaktor.az xəbər verir ki, bu barədə Alen Simonyan sosial şəbəkə hesabında məlumat verib.
O bildirib ki, Vilnüsdə keçirilən görüşdə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi, viza liberallaşdırılması və Ermənistan-Avropa İttifaqı gündəliyi müzakirə olunub.
Alen Simonyan görüşü məhsuldar adlandırıb.













