Çin Ukrayna münaqişəsinin həlli üçün yeganə yolu AÇIQLADI

 16:54 23.11.2026     30

Çin Ukrayna münaqişəsinin həllinin yalnız dialoq və danışıqlar yolu ilə mümkün olduğunu düşünür.

Redaktor.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qо Çiyakun bildirib.

Diplomat qeyd edib ki, Pekin Ukrayna böhranının nizamlanması ilə bağlı mövqeyini dəyişməyib və münaqişənin həlli üçün dialoq və danışıqları yeganə yol hesab edir.

O, həmçinin Çinin münaqişənin sülh yolu ilə həllinə yönəlmiş bütün səyləri dəstəklədiyini vurğulayıb.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən