Zelenski müharibənin ilk günlərində bunkerdə nələr yaşadığını AÇIQLADI

 22:01 23.11.2026     80

Ukrayna Prezidenti Volodimir Zelenski xüsusi hərbi əməliyyatın (müharibənin) ilk günlərində yeraltı bunkerdə yaşadığını bildirib. O, həmin dövrə aid xatirələrini müsahibəsində bölüşüb.

Redaktor.az xəbər verir ki, Zelenski bu barədə Benjamin Hava verdiyi müsahibədə danışıb. Məlumatı “Insider UA” “Telegram” kanalı yayıb.

Ukrayna liderinin sözlərinə görə, yeraltı sığınacaqda olarkən metro qatarlarının səsini eşidirdi. O, yuxuya getmək üçün klassik musiqiyə qulaq asdığını da xatırlayıb.

Qeyd edək ki, bundan əvvəl Ali Radanın dövlətə xəyanətdə ittiham olunan deputatı Aleksandr Dubinski Zelenskinin fərqləndirici xüsusiyyətinin qorxaqlıq olduğunu iddia edib. O, Ukrayna liderinin cəsarətini yalnız videolarda nümayiş etdirdiyini, real problemlər yarandıqda isə “kolluğa qaçaraq” hadisələrin necə nəticələnəcəyini gözlədiyini bildirib.

Noyabrın əvvəlində isə Zelenskinin müharibə başlayandan bəri xaricdə keçirdiyi günlərin sayı açıqlanıb. Bildirilib ki, o, ümumilikdə iki ildən çox müddətdə Ukraynadan kənarda olub.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən