Azərbaycan COP31-in təşkilatçılığına görə Türkiyəni təbrik ETDİ

 22:43 23.11.2026     97

"Azərbaycan COP31-in mükəmməl təşkilatçılığına görə Türkiyəni təbrik edib".

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev "X" sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib.

"COP31-in mükəmməl təşkilinə görə qardaş Türkiyəni təbrik edirik. Müstəsna qonaqpərvərlik və diqqətəlayiq liderlik üçün dərin minnətdarlığımızı bildiririk", - Y. Rəfiyev yazıb.

COP29-un baş danışıqçısı vurğulayıb ki, iqlim danışıqlarının mürəkkəb xarakterinə görə konsensusun əldə edilməsi həmişə mümkün olmaya bilər, lakin ona nail olmaq əzmi ən yüksək hörmətə layiqdir.

"COP32-yə gələcək sədrliyi öz üzərinə götürəcək Efiopiya ilə sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik", - nazir müavini bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən