NATO-nun bəzi üzvləri Ukraynanın alyansa qoşulmasını ləngidir - Rutte
NATO-nun Baş katibi Mark Rutte alyansa üzv olan bəzi ölkələrin Ukraynanın təşkilata qoşulması prosesini hazırda ləngitdiyini etiraf edib.
Redaktor.az xəbər verir ki, bu barədə Rutte “RİA Novosti”yə açıqlamasında bildirib.
“Biz bilirik ki, təkcə ABŞ deyil, digər müttəfiqlərdən də bir neçəsi hazırda bu prosesi ləngidir”, – deyə o qeyd edib.
Rutte xatırladıb ki, 2024-cü ildə Vaşinqtonda keçirilən NATO sammitinin yekun bəyannaməsində Ukraynanın alyansa üzvlüyə doğru “geri dönməz yolla” irəlilədiyi bildirilib və bu mövqe rəsmi olaraq qüvvədə qalır.
Baş katibin sözlərinə görə, Ukraynanın gələcək təhlükəsizliyinin əsasını NATO üzvlüyü təşkil etməsə, Avropa ölkələri ABŞ-nin dəstəyi ilə alternativ təhlükəsizlik təminatları hazırlamaq niyyətindədir.
Xədicə BAXIŞLI













