Kuşner Ukrayna ilə bağlı Trampa müraciət etdiyini AÇIQLADI

 11:30 24.11.2026     46

ABŞ Prezidentinin xüsusi elçisi Cared Kuşner Prezident Donald Trampı Ukrayna Prezidenti Volodimir Zelenskiyə qarşı təzyiqləri azaltmağa çağırdığını etiraf edib.

Redaktor.az xəbər verir ki, Kuşner bu barədə “New York” jurnalına müsahibəsində danışıb.

O, Ukrayna liderinə rəğbət bəslədiyini bildirib. Bununla yanaşı, Kiyev nümayəndələrinin əldə olunan razılaşmaları ictimaiyyət qarşısında müzakirə etmək tərzini danışıqlar prosesinə zərərli hesab edib.

Kuşnerin sözlərinə görə, Ukrayna müharibə başa çatdıqdan sonra ölkə üçün yaranacaq iqtisadi imkanları və perspektivləri nəzərə almalıdır.

“Mən Zelenskiyə aşağıdakıları göstərməyə çalışdım: gəlin elə bir yol tapaq ki, müharibəni dayandıra və Ukrayna üçün etibarlı təhlükəsizlik zəmanətləri təmin edə biləsiniz, diqqətinizi dərhal iqtisadiyyata yönəldəsiniz və ölkənin yenidən qurulmasına özünüz rəhbərlik edəsiniz”, - deyə o bildirib.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən