Rusiya və Pakistan arasında birbaşa hava əlaqəsi bərpa oluna bilər - Səfir

 12:05 24.11.2026     35

Rusiya və Pakistan arasında müntəzəm dəmir yolu və hava əlaqəsinin bərpası istiqamətində iş aparılır.

Redaktor.az xəbər verir ki, bu barədə Pakistanın Rusiyadakı səfiri Feysəl Niyaz Tirmizi “TASS” agentliyinə müsahibəsində bildirib.

Səfirin sözlərinə görə, tərəflər iki ölkə arasında quru nəqliyyatı, o cümlədən dəmir yolu əlaqəsi yaratmaq istəyirlər. Həmçinin müntəzəm aviareyslərin açılması istiqamətində də səylər göstərilir.

Tirmizi viza məsələləri ilə bağlı müəyyən çətinliklərin olduğunu, lakin hazırda hər iki tərəfin bu problemləri həll etməyə çalışdığını qeyd edib.

O, həmçinin Pakistanla Rusiya arasında investisiya imkanlarının müzakirə ediləcəyini bildirib. Səfirin sözlərinə görə, iki ölkənin gündəliyində bir sıra mühüm məsələlər var.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən