Zelenski Ukraynaya lazım olan vəsaitin məbləğini açıqladı
Ukraynanın 2027-ci ilədək ən azı 115 milyard avroya ehtiyacı var.
Redaktor.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Yerli və Regional Hakimiyyət Orqanları Konqresinin iştirakçılarına müraciətində bildirib.
Onun sözlərinə görə, Kiyev Avropadan 90 milyard avro maliyyə dəstəyi gözləyir.
Zelenski qeyd edib ki, vəsaitin 45 milyard avrosu Avropa İttifaqının əvvəlki qərarında nəzərdə tutulub, daha 45 milyard avro ilə bağlı isə bu yaxınlarda razılıq əldə edilib.
Hazırda Ukrayna həmin vəsaitlərin təmin olunması üçün avropalı tərəfdaşları ilə iş aparır.













