Trampın Ukrayna ilə münasibətləri yaxşı deyil - Conson
Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə dostluq münasibətləri barədə açıqlamalarını tənqid edib. O, bu sözlərin onda ikrah və kədər hissi yaratdığını bildirib.
Redaktor.az xəbər verir ki, Conson bu barədə “Sky News” telekanalına müsahibəsində danışıb.
“Bu, iyrəncdir, məndə ikrah hissi yaradır. Buna baxmaq kədərlidir”, – deyə keçmiş baş nazir bildirib.
Consonun sözlərinə görə, o, uzun illər Trampı Putinə qarşı daha sərt mövqe nümayiş etdirməyə inandırmağa çalışıb. Lakin bu cəhdlərində ciddi nəticə əldə edə bilməyib.
O, həmçinin Trampın Ukrayna ilə münasibətlərinin yaxşı olmadığını qeyd edib.
Qeyd edək ki, Donald Tramp noyabrın 19-da Çində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (ASİƏ) sammiti çərçivəsində Putinlə ikitərəfli görüşdə onu “dostum” adlandırıb. Noyabrın 21-də isə Rusiya lideri ilə birgə fotosunu “Mənim dostum” qeydi ilə paylaşıb.
Bundan sonra ABŞ prezidenti Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpinlə dostluq münasibətlərini tənqid edənləri “axmaqlar” adlandırıb.
Xədicə BAXIŞLI













