Polşa NATO-ya Rusiya raketləri ilə bağlı TƏKLİF VERDİ
Polşa NATO müttəfiqlərindən Ukrayna ərazisi üzərində, alyans ölkələri istiqamətində hərəkət edən Rusiya raketlərinin vurulması imkanını nəzərdən keçirməyi xahiş edib.
Redaktor.az xəbər verir ki, bu barədə “Bloomberg” vəziyyətlə tanış olan mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Varşava bu təklifi Brüsseldə NATO ölkələrinin səfirlərinin görüşündə müzakirəyə çıxarıb. Bəzi dövlətlər təşəbbüsü dəstəkləsə də, müzakirələrin ilkin xarakter daşıdığı və hələlik hər hansı qərarın qəbul edilmədiyi bildirilir.
Qeyd olunur ki, belə bir addımın atılması üçün bütün müttəfiqlərin yekdil razılığı və alyansın ali hərbi komandanlığının koordinasiyası tələb olunur.
Görüşdən sonra NATO Polşanın şərq bölgələrini müşahidə etmək məqsədilə ölkəyə AWACS tipli uzaqmənzilli radiolokasiya təyyarəsinin yerləşdirildiyini açıqlayıb. Həmçinin əlavə vasitələrin göndərilməsi məsələsi də nəzərdən keçirilir.
NURİYYƏ













