Rusiya Ukraynadan daha çox şey istəyir - Merz

 16:46 25.11.2026     40

Almaniya kansleri Fridrix Merz Rusiyanın Ukraynaya qarşı tələblərinin daha geniş olduğunu bildirib.

Redaktor.az “Bild” nəşrinə istinadla xəbər verir ki, Merts bu barədə çıxışı zamanı danışıb.

Onun sözlərinə görə, Rusiya nə istədiyini dəqiq bilir və Ukraynadan daha çox şey əldə etməyə çalışır.

Kansler qeyd edib ki, bu reallığı anlamayan şəxslər ya dünyadakı vəziyyəti başa düşmür, ya da tamamilə fərqli məqsədlər güdür. Merts əlavə edib ki, bu məsələ ilə bağlı həm sağ, həm də sol siyasi düşərgələrdə çox danışmaq olmaz.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən