Ermənistanın keçmiş müdafiə nazirinə qarşı yeni cinayət işi açıldı

 18:27 25.11.2026     43

Ermənistanın keçmiş müdafiə naziri Davit Tonoyana qarşı yeni ittiham irəli sürülüb.

Redaktor.az xəbər verir ki, keçmiş nazir ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olmuş vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.

Eyni iş üzrə Ermənistan Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin keçmiş rəisi Norayr Yolçyan da təqsirləndirilir. O, Tonoyana kömək etməkdə, nəticədə dövlətin qanuni maraqlarına əhəmiyyətli zərər vurulmasına və bunun ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olmasına görə ittiham olunur.

İş noyabrın 24-də Antikorrupsiya Məhkəməsinin hakimi Aram Qriqoryana həvalə edilib.

Hər iki təqsirləndirilən şəxs barəsində ölkəni tərk etməmək qətimkan tədbiri seçilib.

Xatırladaq ki, bu, Davit Tonoyana qarşı irəli sürülən artıq ikinci cinayət işidir. 2021-ci il sentyabrın 30-da Ermənistan Milli Təhlükəsizlik Xidməti Davit Tonoyan və silah tədarükü ilə məşğul olan David Qalstyanın külli miqdarda mənimsəmə şübhəsi ilə saxlanıldığını açıqlamışdı. Həmin gün onların barəsində həbs qətimkan tədbiri seçilmişdi.

Bu iş üzrə Baş Qərargahın keçmiş rəisi Artak Davtyana, Baş Qərargah rəisinin keçmiş müavini Stepan Qalstyana, Müdafiə Nazirliyinin Aviasiya İdarəsinin Aviasiya-Texniki Əmlak Xidmətinin rəisi Artyom Ambaryan və Aviasiya İdarəsinin baş mühəndisi Vladimir Babayana da ittiham irəli sürülüb.

Vumart və Güvən reklamı Vumart Güvən