İtaliya Ukraynaya 20 ədəd “Eurofighter” qırıcı təyyarəsi verə bilər

 18:38 25.11.2026     44

İtaliya Ukrayna ilə 10-20 ədəd “Eurofighter” qırıcı təyyarəsinin tədarükü məsələsini müzakirə edir.

Redaktor.az xəbər verir ki, bu barədə “La Repubblica” məlumat yayıb.

Nəşr qeyd edir ki, Ukraynanın Liviyanın ərazi sularında Rusiya hərbi gəmisinə qarşı keçirdiyi hərbi əməliyyat İtaliya hakimiyyətini ciddi narahat etsə də, bu, Romanın ümumi mövqeyini dəyişmir. İtaliya sonuncu, yenicə təsdiqlənmiş hərbi yardım paketini geri götürmək niyyətində deyil.

“İtaliya hökuməti iki ölkə arasında 10-20 ədəd “Eurofighter” qırıcı təyyarəsinin tədarükünə dair artıq davam edən danışıqların dayandırılması ehtimalını da nəzərdən keçirmir”, - nəşr bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən