Estoniya Ukraynaya öz ərazisindən hərbi hücumlar üçün istifadə etməyə icazə verməyəcək

 18:46 25.11.2026     41

Estoniya Ukraynanın hərbi əməliyyatlar çərçivəsində ölkənin hava məkanından, quru ərazisindən və dənizindən hücum məqsədilə istifadəsinə icazə verməyəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Estoniyanın Baş naziri Kristen Mixal bildirib.

Baş nazir qeyd edib ki, Estoniya bu mövqeyini həm müttəfiqlərinə, həm də Ukraynaya çatdırıb:

"Biz müttəfiqlərimizə və Ukraynaya bildirmişik ki, hava məkanımızı, dənizimizi və quru ərazimizi başqalarının istifadəsinə vermirik. Heç kim onlardan hücumlar üçün istifadə edə bilməz".

Vumart və Güvən reklamı Vumart Güvən