ABŞ Ukraynada sülh üçün iki variantı nəzərdən keçirir - Kuşner

 09:24 26.11.2026     49

ABŞ prezidentinin xüsusi nümayəndəsi və kürəkəni Cared Kuşner Ukraynada münaqişənin həlli ilə bağlı iki əsas təklifin müzakirə edildiyini bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə Kuşner "Axel Springer" media konserninin rəhbəri Matias Döpfnerin podkastında danışıb.

Kuşnerin sözlərinə görə, ABŞ nümayəndələri Moskva ilə qapalı danışıqlarda müxtəlif ideyaları nəzərdən keçirirlər. Lakin onların arasında iki əsas təklif ön plana çıxır.

Birinci təklif münaqişənin dondurulmasını, daha sonra atəşkəsin əldə olunmasını və sülhün təmin edilməsini nəzərdə tutur.

İkinci təklifə əsasən isə Ukrayna bütün Donbas ərazisindən faktiki olaraq imtina edir, bunun əvəzində NATO-ya tamhüquqlu üzv olur.

Kuşner əlavə edib ki, ABŞ münaqişənin başa çatmasına imkan verəcək variantın tərəfdarıdır.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən