Putin bütün məsələləri dərindən anlayır və görüşlərə hər zaman hazırdır - Kuşner

 09:27 26.11.2026     43

ABŞ Prezidentinin xüsusi nümayəndəsi və kürəkəni Cared Kuşner Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyi görüşlər barədə danışıb. O, Rusiya liderinin danışıqlara ciddi hazırlaşdığını və müzakirə olunan məsələləri dərindən anladığını bildirib.

Redaktor.az xəbər verir ki, Kuşner bu fikirləri “Axel Springer” media konserninin rəhbəri Matias Döpfnerin “YouTube”da yayımlanan podkastında səsləndirib.

Kuşnerin sözlərinə görə, Putin görüşlər zamanı diqqətlə qeydlər aparır, deyilənləri dəqiq xatırlayır və məsələlərə dair mövqeyini aydın şəkildə ifadə edir.

“Putin hər zaman çox yaxşı hazırlaşır, düşünərək danışır. Biz söhbət edərkən çoxlu qeydlər aparır və eşitdiklərini dəqiq çatdırır. Aydındır ki, o, məsələləri dərindən anlayır və onlarla bağlı çox qəti mövqeyə malikdir”, – deyə Kuşner bildirib.

O əlavə edib ki, ABŞ nümayəndələri Putinlə görüşlərdən əvvəl son dərəcə diqqətlə hazırlaşır, Rusiya Prezidentinin köməkçiləri Yuri Uşakov və Vladimir Medinski, eləcə də xüsusi nümayəndəsi Kirill Dmitriyevlə əlaqə saxlayırlar.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən