Rusiya ilə sərhədin bağlanması Estoniyada narazılıq YARATDI

 09:52 26.11.2026     45

Estoniyanın Narva şəhərinin meri Yaan Toots və ölkənin daxili işlər naziri İqor Taro Rusiya ilə sərhədin bağlanması məsələsinə görə canlı yayımda mübahisə ediblər.

Redaktor.az bu barədə xarici mediaya istinadla məlumat verir.

Şəhər meri bildirib ki, sakinlər hökumətdən Milad bayramına qədər sərhəd-keçid məntəqəsinin açılmasını istəyirlər.

“İndi sakinlərimiz Şaxta babaya məktub yazaraq hökumətdən Milad bayramına qədər öz vətəndaşları üçün sərhəddən keçid imkanı yaratmasını xahiş edirlər. Bizim hökumətə müraciətimiz belədir”, - deyə o bildirib.

İqor Taro isə buna cavab olaraq Rusiyanın sərhəddə təhlükə yaratdığını iddia edib. Nazir vurğulayıb ki, hökumətin vəzifəsi yalnız sərhədyanı ərazilərdə yaşayanların deyil, bütün ölkə əhalisinin təhlükəsizliyini təmin etməkdir.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən