Ermənistan hökuməti TRIPP şirkətinin yaradılması haqqında sazişi TƏSDİQLƏDİ

 11:54 26.11.2026     50

Ermənistan hökuməti "TRIPP İnkişaf Şirkəti" (TRIPP Development Company) Qapalı Səhmdar Cəmiyyətinin səhmdarları arasında bağlanacaq sazişi təsdiqləyib.

Bu barədə Redaktor.az Ermənistan mediasına istinadən xəbər verir.

Sənədə əsasən, şirkətin səhmlərinin 26 %-i Ermənistana, 74 %-i isə ABŞ tərəfinə məxsus olacaq.

Şirkətin Direktorlar Şurası 5 üzvdən ibarət olacaq, onlardan üçünü ABŞ, ikisini isə Ermənistan tərəfi təyin edəcək.

Sazişdə hər iki tərəfin razılığı olmadan qərarların qəbul edilə bilməyəcəyi 16 istiqamət müəyyən ediləcək.

Ermənistanın Baş naziri Nikol Paşinyan bir həftə ərzində sazişin imzalanacağını, şirkətin isə Ermənistanda qeydiyyatdan keçəcəyini bildirib.

"Bu, müstəqillik qazandığımızdan bəri ən böyük iqtisadi layihədir", - o qeyd edib.

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp 23 noyabr tarixli videomüraciətlərində "Tramp marşrutu" layihəsinə rəsmi qaydada start verildiyini elan ediblər.

Vumart və Güvən reklamı Vumart Güvən