"Fikir ayrılıqlarını kənara qoyun, düşmənlər ölkənin dağılmasını istəyir" - Pezeşkiandan iranlılara ÇAĞIRIŞ

 12:51 26.11.2026     47

İran Prezidenti Məsud Pezeşkian ölkə vətəndaşlarına müraciət edərək, daxili fikir ayrılıqlarını kənara qoymağa və milli birlik nümayiş etdirməyə çağırıb.

Redaktor.az Yaxın Şərq mediasına istinadən xəbər verir ki, İran dövlət başçısı xarici qüvvələrin və rəqiblərin ölkəni zəiflətmək məqsədilə daxili parçalanmalara ümid bəslədiklərini bildirib.

M.Pezeşkian ölkənin üzləşdiyi sınaqlardan çıxması üçün həmrəyliyin vacibliyini vurğulayıb:

"İranın əleyhdarları ölkənin dağılmasını istəyirlər. Lakin vətəndaşlar fikir ayrılıqlarını kənara qoymalı, səylərini birləşdirməli, öz güclərinə və xalqın iştirakına güvənərək ölkənin inkişaf yolunda irəliləməyə davam etməlidirlər".

İran Prezidenti həmçinin qeyd edib ki, rəsmi Tehrana qarşı tətbiq edilən ağır sanksiyalara və ABŞ-la yaşanan silahlı qarşıdurma fonundakı gərginliyə baxmayaraq, ölkə öz inkişafını dayandırmayıb və bütün sahələrdə irəliləyişi davam etdirir.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən