Rusiya və Ukrayna əsir mübadiləsi APARIR

 14:42 26.11.2026     40

Rusiya və Ukrayna arasında həlak olan hərbçilərin meyitlərinin mübadiləsi həyata keçirilib. Mübadilə “250-yə 22” formulu üzrə baş tutub.

Redaktor.az xəbər verir ki, bu barədə hərbi müxbir Aleksandr Kots özünün “Telegram” kanalında məlumat yayıb.

Onun sözlərinə görə, Rusiya tərəfi Ukraynaya 250 ukraynalı hərbçinin meyitini təhvil verib, əvəzində isə həlak olmuş 22 rusiyalı hərbçinin cəsədini geri alıb.

Qeyd edək ki, noyabrın 19-da Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya ilə Ukrayna arasında əsir mübadiləsinin yaxın vaxtlarda baş tutacağına ümid etdiyini bildirmişdi. Onun sözlərinə görə, bu barədə Əbu-Dabidə razılıq əldə olunub və hazırda xüsusi xidmət orqanları mübadilə üçün siyahıları dəqiqləşdirir.

Noyabrın 25-də isə ABŞ prezidentinin xüsusi nümayəndəsi və kürəkəni Cared Kuşner ABŞ-nin iştirakı ilə hazırlanan genişmiqyaslı əsir mübadiləsinin dekabrın sonunadək həyata keçiriləcəyini açıqlamışdı. O, bu proses nəticəsində minlərlə insanın evlərinə qayıda biləcəyini bildirmişdi.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən