Paşinyan Putinlə görüşə hazırlaşmaq üçün Türkiyəyə gedib?
"Dekabrın 3-nə planlaşdırılan Rusiyaya ilk səfəri ərəfəsində Nikol Paşinyan oktyabr və noyabr aylarını, demək olar ki, tamamilə Avropada keçirib".
Redaktor.az xəbər verir ki, bu məlumatı Ermənistanın "Hraparak" qəzeti yayıb.
"Baş nazir Türkiyədən tutmuş bananın müxtəlif ölkələr boyu "dünya səyahəti"nin nümayişinə qədər qeyri-adi üsullardan istifadə edərək səfərlərini şəxsən işıqlandırıb. Bir çoxu hesab edir ki, Moskva səfəri ərəfəsində və Vladimir Putin tərəfindən irəli sürülən "Avropa İttifaqı (Aİ), yoxsa Avrasiya İqtisadi İttifaqı (Aİİ)" ultimatumu fonunda Paşinyan Rusiya prezidenti və Aİİ ölkələrinin liderləri ilə görüşdə bu arqumentdən istifadə etmək üçün beynəlxalq dəstək qazanmağa və ya ən azı bunun illüziyasını yaratmağa çalışır. Məhz bu məqsədlə o, hətta Türkiyəyə COP konfransına yollanıb, baxmayaraq ki, Ankaranın İrəvandakı COP sammitində belə yüksək səviyyədə təmsil olunmadığını nəzərə alaraq, bu tədbirə məhəl qoymaya bilərdi.
Brüsseldə isə baş nazir "Euronews" telekanalının təşkil etdiyi qeyri-rəsmi müzakirə sammitində iştirak edib. Bunun ardınca Fransa, Dublin, Kamboca və nəhayət, Rumıniyaya səfərlər baş tutub. Yeri gəlmişkən, bu, son bir ay ərzində tamhüquqlu ikitərəfli səfər statusuna malik yeganə ziyarət olub. Bununla belə, bəzi ekspertlərin fikrincə, Buxarestə səfərin əsas məqsədi bu ölkənin seçki manipulyasiyaları sahəsindəki qabaqcıl təcrübəsini öyrənmək ola bilərdi", - deyə materialda qeyd olunur.













