Ermənistanda general vəzifəsindən azad EDİLDİ

 19:44 26.11.2026     41

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, general-mayor Karen Qriqoryan vəzifəsindən azad edilib.

Redaktor.az “Armenpress”ə istinadən xəbər verir ki, bununla bağlı Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Baş nazir Nikol Paşinyanın təklifi əsasında müvafiq fərman imzalayıb.

Fərman Ermənistan prezidentinin rəsmi saytında dərc olunub.

Qeyd edək ki, K. Qriqoryan 2024-cü ilin fevralında Baş Qərargah rəisinin müavini vəzifəsinə təyin edilmişdi.

Vumart və Güvən reklamı Vumart Güvən