Putin NATO-nun Arktikada hərbi təlimlər keçirdiyini iddia ETDİ
NATO Arktikanı potensial hərbi əməliyyatlar bölgəsi kimi nəzərdən keçirir və Uzaq Şimalda silahlı qüvvələrin tətbiqi üzrə təlimlər keçirir. Bu iddia Rusiya Prezidenti Vladimir Putinin fərmanı ilə təsdiqlənən sənəddə yer alıb.
Redaktor.az xəbər verir ki, sənəd hüquqi aktların rəsmi portalında dərc olunub.
Rusiyanın Arktika zonasının inkişafı və regionda milli təhlükəsizliyin təmin edilməsi strategiyasına əsasən, alyans nüvə silahlarından istifadə ssenarilərini də sınaqdan keçirir.
Sənəddə bildirilir: “NATO Arktikanı potensial hərbi əməliyyatlar teatrı kimi görür və nüvə silahlarından istifadə imkanı da daxil olmaqla, Arktika şəraitində silahlı qüvvələrin tətbiqini məşq edir”.
Xatırladaq ki, Rusiyanın Danimarkadakı səfiri Vladimir Barbin daha əvvəl Avropa Komissiyasının oktyabrda təqdim etdiyi Avropa İttifaqının yeni Arktika strategiyasının regionda beynəlxalq əməkdaşlığın parçalanmasına və siyasiləşməsinə yönəldiyini bildirib.
Diplomatın sözlərinə görə, Avropa rəsmilərinin hazırladığı sənəddə Qərb ölkələri Rusiya və Çinlə müqayisə olunur.
Xədicə BAXIŞLI













