Rusiyanın yeni dronu Ukraynada GÖRÜNTÜLƏNDİ
Rusiyada yeni kamikadze dronunun görüntüləri yayılıb. Reaktiv mühərriklə təchiz olunan və modeli hələlik məlum olmayan pilotsuz uçuş aparatı Ukraynada qeydə alınıb.
Redaktor.az bu haqda xarici KİV-ə istinadla məlumat verir.
Dron düşmənə məxsus pilotsuz aparatın kamerası tərəfindən lentə alınıb. Həmçinin onun yerdə çəkilmiş fotosu da yayılıb.
Ukrayna tərəfi yeni dronun “İzdeliye K5” adlandırıldığını iddia edir. Lakin Rusiya tərəfindən aparatın adı və texniki xüsusiyyətləri ilə bağlı rəsmi açıqlama verilməyib.
Fotolardan görünür ki, dronun iki qanadı var və ön hissəsində müşahidə sistemi yerləşir. Aparat orta mənzilli dron hesab olunur.
Aytəkin TOFİQQIZI













