"Beşiktaş" azarkeşləri ilə baş verən insidentdə 16 nəfər saxlanılıb

 13:59 27.11.2026     47

Gürcüstanın Batumi şəhərində "Beşiktaş" və İsrailin "Hapoel Beer Şeva" komandaları arasında keçirilən oyun zamanı Türkiyə futbol klubunun azarkeşləri ilə polis arasında toqquşma baş verib. Nəticədə üç polis əməkdaşı yaralanıb, 16 nəfər saxlanılıb. 

Redaktor.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, bəzi azarkeşlərin təxribatçı və zorakı hərəkətləri nəticəsində stadionun infrastrukturuna, o cümlədən azarkeşlərin polis əməkdaşlarına atdığı oturacaqlara ziyan dəyib.

Məlumata görə, polis toqquşmaların qarşısını almaq, vəziyyəti sabitləşdirmək və ictimai təhlükəsizliyi təmin etmək üçün xüsusi vasitələrdən istifadə edib. Nəticədə üç polis əməkdaşı müxtəlif dərəcəli xəsarətlər alıb, qanunsuz aksiyaların 16 iştirakçısı isə saxlanılıb.

"Beşiktaş" və "Hapoel Be'er Şeva" arasındakı matç tribunada baş verən insidentlərə görə təxminən 30 dəqiqə dayandırılıb. Daha sonra oyun Türkiyə komandasının 2-1 hesablı qələbəsi ilə davam edib.  

Vumart və Güvən reklamı Vumart Güvən