Oman sahillərində neft tankeri minaya düşdü

 18:55 27.11.2026     32

Omanın Qənəm adasının şimalında neft tankeri minaya düşüb.

Redaktor.az-ın xəbərinə görə, SEPAH-ın Hərbi Dəniz Qüvvələri bu gün səhər iki neft tankerinin Hörmüz boğazının icazəsiz marşrutu ilə Omanın Qənəm adasının şimalından gizli keçməyə cəhd etdiyini açıqlayıb.

Bildirilib ki, tankerlərdən biri dəniz minasına düşərək partlayıb, onu müşayiət edən digər tanker isə geri qayıtmağa məcbur olub.

SEPAH son günlər Hörmüz boğazından icazəsiz marşrutla keçməyə cəhd edən neft tankerlərinin sayının kəskin azaldığını bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən