Küveyt İrana nota VERDİ
Küveyt Xarici İşlər Nazirliyi İranın səfiri Məhəmməd Tutunçini çağıraraq ölkəsinin etiraz notasını ona təqdim edib.
Redaktor.az xəbər verir ki, diplomatın bu səfəri, bir gün əvvəl hərbi obyektə pilotsuz uçuş aparatı (PUA) ilə endirilən zərbə nəticəsində iki İtaliya vətəndaşının həlak olması ilə nəticələnən hadisədən sonra baş tutub.
Həm Küveyt, həm də İtaliya hücuma görə Tehranı məsuliyyətli hesab edir, Tehran isə bu ittihamı qəti şəkildə rədd edib.













