Melaniya Tramp Ukrayna və Rusiya arasında humanitar fəaliyyətini davam etdirir

 09:37 28.11.2026     32

ABŞ-nin birinci xanımı Melaniya Tramp Ukrayna və Rusiya arasında humanitar fəaliyyətini davam etdirdiyini bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində yazıb.

“Humanitar fəaliyyətimi və ailələrin yenidən qovuşması istiqamətindəki səylərimi davam etdirməyə sadiqəm. Hər bir uşağın valideynləri ilə qovuşması dünyanı hamı üçün daha yaxşı yerə çevirməyə doğru atılan növbəti addımdır”, - ABŞ prezidentinin həyat yoldaşı qeyd edib.

Xatırladaq ki, oktyabrın 27-dən noyabrın 1-dək Melaniya Trampın vasitəçiliyi ilə Oleşki şəhərində humanitar əməliyyatın həyata keçirilməsi üçün müəyyən edilmiş ərazidə atəşkəs rejimi tətbiq olunub. ABŞ-nin birinci xanımı bundan sonra Ağ Evdə Rusiya və Ukraynanın nümayəndələri ilə görüş keçirib.

Vumart və Güvən reklamı Vumart Güvən