Liviya Ukraynadan təzminat tələb edəcək

 14:24 28.11.2026     78

Liviyanın şərqində fəaliyyət göstərən hökumət Benqazi limanına edilən hücumla əlaqədar Ukraynadan təzminat tələb edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə sözügedən hökumətin xarici işlər naziri Əbdülhadi əl-Hüveyc bildirib.

“Liviya hökuməti bu hücumlar nəticəsində dəymiş ziyana görə təzminat tələb etmək üçün tam qanuni hüquqa malik olduğunu təsdiqləyib. Təzminat tələbi həm insan itkilərini, həm də infrastruktura dəymiş maddi ziyanı əhatə etməlidir”, – deyə nazir qeyd edib.

Xatırladaq ki, Rusiya mətbuatının məlumatına görə, noyabrın 22-də Ukrayna Benqazi limanına PUA-larla hücum edib. Hücumun hədəfinin limanda yerləşən Rusiyaya məxsus “Merkuri” korveti olduğu bildirilib.

Hadisə İtaliyada da qalmaqala səbəb olub. Ukrayna Prezidenti Volodimir Zelenski İtaliyanın Baş naziri Ciorcia Meloni ilə söhbətində Kiyevin Benqazi limanına hücumu xarici tərəfdaşları ilə razılaşdırmadığını bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən