BMT yenidən qurulmalıdır - Zaxarova
“Birləşmiş Millətlər Təşkilatına (BMT) təkcə islahatlar deyil, həm də köklü yenidənqurma lazımdır”.
Redaktor.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Bu təşkilat artıq tədrici islahatlara ehtiyac duymur. Hətta təkcə genişmiqyaslı islahatlar da kifayət etməyəcək. Belə demək mümkündürsə, bu təşkilata əsaslı yenidənqurma lazımdır”, - diplomat bildirib.













