Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr ETDİ
Ukrayna Krımı Rusiya ilə birləşdirən keçidi tamamilə sıradan çıxarmaq üçün Krım körpüsünə yeni hücumlar hazırlayır.
Redaktor.az xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti Ukrayna hərbi dairələrindəki mənbələrə istinadən yazıb.
Məlumata görə, Volodimir Zelenski komandanlığa strukturun qalan hissəsinin məhv edilməsini əmr edib.
Noyabrın 18-də Ukrayna dronları və qanadlı raketləri 2022-ci ildə Rusiyanın tammiqyaslı işğalının başlanğıcından bəri körpüyə ən əhəmiyyətli hücumlardan birini həyata keçirib. Nəticədə, dörd zolaqlı yol hissəsi və dayaq tağı dağıldı və Kerç boğazına çıxdı. Bu, Rusiyanın Krımdakı qoşunları təchiz etmək imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırıb.













